Sərgi salonlarında süjet və bədii ornamental kompozisiyalarla zəngin əl işi, xovsuz divar xalçası olan qobelen — dekorativ-tətbiqi sənət növlərindən birini də görmək olar. Bu bədii əsərlər divarları bəzədiyi üçün onları xalça-şəkil də adlandırırlar.
Yaradıcı araşdırma: xalça-şəkillər
Tarix. Qobelen — orta əsrlərdə kübarlığın rəmzi sayılardı. O, varlı insanların
evini bəzəyən dekor vasitəsi, saraylara ecazkar gözəllik bəxş edən
sənət nümunəsi idi.
Orta əsrlərdə Avropa ölkələrində daha da təkmilləşən qobelen sənəti geniş
yayılaraq kral saraylarını bəzəyirdi. Onu kilimdən fərqləndirən əsas cəhət
isə süjetli kompozisiyalarla zəngin olması idi.