Müasir rəssamların yaratdığı, olduqca maraqlı və ən zərif dekorativ- tətbiqi sənət növü sayılan batika – parça üzərində təsvirdir.
Bilavasitə ipək emalı texnologiyası ilə bağlı olan batika Azərbaycan dekorativ-tətbiqi sənətinin daha gənc və müasir növü sayılır. Batika — ipək, pambıq və kətan parçalar üzərində işlənilir.
Yaradıcı araşdırma: qaynar və soyuq batika
Rəssam batikanı müxtəlif üsullarla yaradır. Qaynar batika bu üsullardan biridir. Əridilmiş mum əvvəlcə parçadakı rəsm üzərinə hopdurulur. Sonra onunla tədricən rəsmə uyğun bütün rənglər “açıqdan tündə” prinsipinə əsasən parça üzərinə vurulur.