Tədris ili sona çatır. İlboyu sinif yoldaşlarınızla birgə yaraşıqlı dekorativ əşyalar, rəsmlər, kollektiv pannolar yaratmısınız. Bu bilik və bacarıqlara yiyələnməkdə dərslik sizə yardımçı oldu.
Əgər siz dekorativ-tətbiqi sənətin yaranması, inkişafı, cəmiyyətdə rolu və mənası, müasir sənətin sirləri haqqında bilik və bacarıqlara yiyələnmişsinizsə, deməli, bu sahədə özünüzü “SƏNƏTKAR” kimi göstərə bilmisiniz.
Dərslikdəki biliklərə əsaslanaraq dekorativ sənətin həyatınızda etdiyi dəyişikliklərin şahidi oldunuz. Bilik və bacarıqlarınızın nəticəsi olan rəsm və dekorativ əşyalar evdə və ya məktəbdə xoş təəssürat yaradar, ən başlıcası isə gözəlliyi dəyərləndirməyi bacaran dostlarınız üçün əsl hədiyyə ola bilər.
İl ərzində birgə yaratdığınız əl işlərini və rəsmləri toplamaq, səliqəli yerləşdirmək və onları ətrafdakılara nümayış etdirmək üçün sərgi təşkil etmək çox yaxşı olardı.