MƏİŞƏT MƏDƏNİYYƏTİ
4-cü mövzu
TƏRƏVƏZLƏRİN BECƏRİLMƏ
TEXNOLOGİYASI
Tərəvəzlər (şəkil 1) çox qiymətli qida məhsuludur. Ən çox istifadə edilən tərəvəzlər ağ kələm, pomidor, xiyar, yerkökü, mətbəx çuğunduru*, soğan, turp, şüyüd, kartofdur.
Şəkil 1. Tərəvəzlər:
1 - ağ kələm; 2 -pomidor; 3 - xiyar; 4 - kök; 5 - qida çuğunduru;
6 - göy soğan; 7 - turp; 8 - şüyüd; 9 - cəfəri; 10- kartof
Qidalı maddələr pomidor və xiyarda - meyvələrdə, kök və çuğundurda - köklərdə, cəfəri və şüyüddə - yarpaqlarda yığılır.
Şüyüd, cəfəri, keşniş, nanə, reyhan və s. göyərtilər müxtəlif xörəklərdə ədviyyat kimi, bəzilərində isə əsas tərkib elementi kimi istifadə edilir. Soğan və sanmsaq xüsusilə xeyirlidir. Onlann tərkibində böyük miqdarda C vitamini var.
Pomidor necə becərilir?
Pomidor XVI əsrin ortalarında Avropaya Cənubi Amerikadan gətirilib. O vaxtlar pomidorun meyvələri nisbətən xırda, sanmtıl-qızılı rəngdə idi. Bu rəng tərəvəzin adında əksini tapıb, italyan dilində pomidor “qızıl alma” deməkdir (şəkil 2). |
Hazırda rənginə, quruluşuna və dadına görə fərqlənən bir çox pomidor növləri var.
*Qida çuğunduru — tünd-qırmızı rəngli tərəvəz bitkisidir. Şorba, salat və şirələrin hazırlanmasında istifadə olunur.