5-ci mövzu
MƏİŞƏTDƏ SADƏ TƏMİR İŞLƏRİ
Məişət mədəniyyəti deyəndə nə başa düşürsünüz?Məişət mədəniyyəti - evin təmiz və səliqəli saxlanması, ev təsərrüfatının idarə edilməsi, ailə büdcəsinin bölünməsi və ailə üzvlərinin bir-birinə hörmətlə yanaşması deməkdir. Bəs siz öz evinizin rahatlığı və gözəlliyi üçün nə edə bilərsiniz?
Ətrafınızdakı əşyalara baxın. Şkafların qapılan yaxşı açılıb-örtülmürsə, stullar laxlayırsa, kranlardan su damcılayırsa, deməli, təmirə ehtiyac var. Mebelin və məişət texnikasının bəzi xırda təmir işlərini siz özünüz də yerinə yetirə bilərsiniz.
Mebelin hissələrini birləşdirmək üçün xüsusi furniturlardan - künclük, kipləşdirici, rəf və maqnit saxlayıcılarından, qıfıl dilcik və dəstəklərdən (şəkil 7) istifadə edilir. Mebel qurulmasında istifadə olunan məmulatlar mebel fumiturları adlanır.
Künclüklər (şəkil 1, a) düz bucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Onlarla rəf, çərçivə və nəfəsliklərin künc birləşmələri bərkidilir.
Rəf saxlayıcıları (şəkil 1, b) metal və ya plastik kütlədən hazırlanır və üfüqi rəflərin bərkidilməsi üçün istifadə edilir. Rəf saxlayıcılarının milləri şkafların yan divarlarında yerləşən bir tərəfi bağlı deşiklərə quraşdırılır.
Kipləşdiricilər (şəkil 1, c) bir-biri ilə bərkidici vintlə birləşdirilmiş iki qalın metal künclük və ya lövhəcikdən ibarətdir. Onlarla şkafların, yazı masalarının, kitab rəflərinin və s. yan tərəfləri birləşdirilir.
Qıfıl dilciklər və qıfıllar (şəkil 1, ç, d) şkafların, masaların və tumbaların qapılarını bağlamaq üçün nəzərdə tutulur.
Dəstəklər (şəkil 1, e) metal, taxta və ya nazik plastik kütlədən hazırlanır. Qapı, pəncərə və dolabların rahat açılıb-örtülməsi üçün vasitə rolunu oynayır.