ODUNCAĞIN EMALI TEXNOLOGİYASI
8-ci mövzu
ODUNCAQ VƏ MİŞAR MATERİALLARI
Oduncağın nə olduğunu bilirsinizmi?Mişarlanmış, köklərdən və budaqlardan təmizlənmiş ağac - oduncaq adlanır.
Ağaclar - meşələrin, bağların, parkların, şəhər və kəndlərin əsas «sakinləridir ». Hər bir ağac üç hissədən - kök, gövdə və çətirdən ibarətdir (şəkil 1).
Cavan və sağlam ağaclar təbiətin «ağciyər»ləridir. Onlar havam oksigenlə zənginləşdirir, ətrafı yaşıllaşdırır və gözəlləşdirir. Ona görə də oduncaq materialı üçün, adətən, quru və yaşlı ağaclar kəsilir.
Əgər oduncağı lifləri boyu uzununa və ya eninə kəssək, kəsmə müstəvisində görünən xarakterik təsvir onun teksturasıdır.
Oduncağın rəngi, teksturası, iyi təkrarolunmazdır. Əsl ustanın əlində isə o, ikinci həyat qazanır.
Oduncaq - tullantısı olmayan materialdır. Ağacın bütün hissələri təsərrüfatda, sənayedə, tikintidə, məişət və əmək alətlərinin istehsalında, tətbiqi sənət əsərlərinin yaranmasında istifadə olunur.
Ağacların gövdələrini eninə mişarlamaqla şalban, uzununa mişarlamaqla müxtəlif mişar materialları: tir, tircik, taxta, lövhələr, şalbanın dörddə biri (çərək), şalban yanı alınır (şəkil 3).