13-cü mövzu
ODUNCAQ HİSSƏLƏRİNİN
BİRLƏŞDİRİLMƏSİ
Oduncaqdan hazırlanan məmulatın detalları mismar, şurup və yapışqan vasitəsilə birləşdirilir.
Hissələrin mismarla birləşdirilməsi
Mismar - başlıq, mil və uc hissədən ibarətdir. Təyinatından asılı olaraq mismarlar diametrlərinə, uzunluğuna və başlığının formasına görə seçilir.
Mismarı vurmamışdan əvvəl onun yerini nişanlayırlar. Mismarla birləşdirilmə zamanı, adətən, nazik detal qalın detala mismarlanır. Misman vurarkən çəkici elə tutmaq lazımdır ki, əl dəstəyin ucundan azı 20 - 30 mm məsafədə olsun (şəkil 1, a). Əvvəlcə mismar sol əlin baş və şəhadət barmaqları ilə tutulur, sonra başlığına çəkiclə yüngül zərbələr vurulur. Mismarın oduncağa girdiyini hiss etdikdə, sol əl yığışdırılır və daha möhkəm zərbələrlə iş tamamlanır.
Vurma zamanı mismar əyilərsə, onu mütləq kəlbətinlə (şəkil 1, b) və ya çəkicin ağzındakı xüsusi yanğın (şəkil 1, c) köməyi ilə çıxarmaq lazımdır. Məmulatın səthini zədələməmək üçün kəlbətinin və ya çəkic başlığmm altına taxta parçası qoyulur.
Əgər vurulan mismann ucu digər tərəfdən çıxıbsa, onu metal sığanaq üzərində əyir və yenidən oduncağa vururlar (şəkil 2). Bu, görülən işin möhkəmliyini artınr.
Hissələrin şuruplarla birləşdirilməsi
Şuruplarla birləşdirmə mismarlarla birləşdirmədən daha etibarlıdır. Şurup - başlıqdan, vintşəkilli mildən və ucluqdan ibarət olan bərkidici detaldır (şəkil 3).
Təyinatından asılı olaraq şuruplar uzunluğuna, qalınlığına və başlığının formasına görə seçilir. Şurupların başlığı yarımdairəvi (şəkil 3, a), gizli (şəkil 3, b) və yarımgizli (şəkil 3, c) olur. Ən geniş istifadə olunan şuruplar - gizli şuruplardır.