23-cü mövzu
MUNCUQ. MUNCUQHÖRMƏ TEXNİKASI
Muncuq nədir?Muncuq dekorativ sənət işləri üçün bəzək əşyasıdır. Muncuqdan bəzək əşyalarının hazırlanması sənəti muncuqhörmə adlanır.
Muncuqdan bəzək materialı kimi naxıştikmədə (şəkil 1, a), mozaikada (şəkil 1, b) və toxuculuqda (şəkil 1, c) istifadə olunur.
Muncuğun yaranma tarixi. Muncuq ərəb dilindən tərcümədə “busra” və ya “buser”, yəni saxta mirvari deməkdir. Romalılar Misiri fəth edərək Roma imperiyasında, sonra Bizansda şüşə və muncuq istehsalını inkişaf etdirdilər. Daha sonra bir çox sənət sahibləri ilə yanaşı, şüşə işləri üzrə sənətkarlar da Venesiyaya köçdülər. Elə bununla da, Venesiya Avropada muncuq üzrə əsas mərkəz və tədarükçü oldu.
Muncuqla bəzədilmiş çantalar, mücrülər, yastıqlar və geyimlər olduqca dəbli hesab edilirdi. XVIII əsrdə muncuq istehsalında Venesiyaya rəqib meydana çıxdı - Bohemiya (Şimali Çexiya). Bohemiyanın öz şüşə istehsalı texnologiyası var idi. Geyimin muncuqla bəzədilməsi məşhurlaşaraq yüksək zövq və var-dövlət əlaməti oldu.
Muncuqhörmə texnikasının hansı üsulları mövcuddur?