ƏRZAQ MƏHSULLARININ EMALI TEXNOLOGİYASI
20-ci mövzu
MƏTBƏX QAB-QACAĞI VƏ ONLARA QULLUQ
Siz kulinariya və mətbəx sözləri ilə tanışsınız?Kulinariya - qida hazırlama mədəniyyətidir. Mətbəx - qidanın hazırlanması üçün xüsusi avadanlıq və mebellə təchiz olunmuş məkandır. Müasir mətbəxdə pilətə, qabları yumaq üçün çanaq, iş masası, soyuducu, mətbəx ləvazimatı, qab-qacağın və quru ərzaq növlərinin saxlanması üçün şkaflar olur.
Mətbəxdə ərzaqların kulinar emalından əvvəl və sonra qidanın hazırlanıb masaya verilməsi və həmçinin müxtəlif təsərrüfat məqsədləri üçün çeşidli qabqacaqdan istifadə olunur (şəkil 1).
Bu qab-qacaq metal, keramika, şüşə və mətbəx avadanlığı üçün nəzərdə tutulmuş zərərsiz plastik kütlədən hazırlanır.