25-ci mövzu
BUTERBRODLARIN VƏ
İSTİ İÇKİLƏRİN HAZIRLANMA
TEXNOLOGİYASI
Hamı buterbrodun nə olduğunu bilir. Amma, bəlkə də, çoxları bilmir ki, bu söz bizə alman dilindən gəlib, “yağla çörək” deməkdir. Butter - yağ, bread - çörək deməkdir. Artıq buterbrod dedikdə biz yalnız yağla çörəyi nəzərdə tutmuruq. Buterbrod kolbasa, ət, pendir və başqa ərzaqlarla da hazırlana bilər.
Buterbrod - dadlı, tez doyduran qida məhsuludur (şəkil 1). Buterbrodlann qida dəyəri seçilən ərzaqların keyfiyyətindən asılıdır.
Buterbrodların hazırlanmasında müxtəlif növ bıçaqlardan istifadə edilir (şəkil 2).
Buterbrod, adətən, buğda və ya çovdar çörəyindən, ət, balıq, süd məhsullanndan, meyvə və tərəvəzdən hazırlanır.
Buterbrodlar süfrəyə boşqabda verilir.
Buterbrodların aşağıdakı növləri var - açıq, bağlı (sendviç) və qızarmış çörəkdən olan kiçikölçülü buterbrodlar (kanape, tartin).
Açıq buterbrodlar üçün (şəkil 1, a, b, c) qalınlığı, təxminən, 1 - 1,5 sm olan çörək dilimi götürülür. Çörək diliminin üstünə kərə yağı sürtülür, pendir, vetçina, kolbasa, balıq və s. qoyulur. Buterbrodu göyərti, pomidor, xiyar və ya limon dilimi ilə bəzəmək olar. Üzərinə qoyulan ərzağa görə buterbrodlar sadə (bir növ ərzaqdan hazırlanmış) və mürəkkəb (bir neçə ərzaqdan hazırlanmış) olur.