Ölkəmizə Ermənistanın hərbi müdaxiləsi nəticəsində 1 milyona qədər insanın qaçqın və məcburəcköçkünə çevrildiyi şəraitdə İran İslam Respublikası Azərbaycana böyük həcmdə humanitar yardım göstərdi. Qaçqınlar üçün çadır şəhərcikləri yaradılması, müntəzəm olaraq ərzaq yardımları göndərilməsi təşkil edildi. Lakin eyni zamanda bu dövlət işğalçı Ermənistanla da siyasi-iqtisadi əlaqələr saxlayırdı.
İran 2000-ci illərdə nüvə proqramlarına görə, ABŞ və Avropa Birliyinin sərt sanksiyaları ilə üzləşib beynəlxalq miqyasda təcrid olunduqda, Azərbaycan Respublikası sanksiyalara qoşulmamış, bütün səviyyələrdə əməkdaşlığı davam etdirmişdir. Hazırda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mehriban qonşuluq münasibətləri uğurla inkişaf etdirilir.
SUAL VƏ TAPŞIRIQLAR:
1970-80-ci illərdə Azərbaycan SSR Sovet İttifaqı respublikaları arasında iqtisadi inkişaf sürətinə görə ön sıralara keçdi. İqtisadi nəticələr xalqın yaşayış səviyyəsinin artmasına gətirib çıxardı. Bəs mədəniyyətimiz hansı səviyyədə idi? Milli-mənəvi dəyərlərə münasibət necə idi?
Naxçıvan və Xankəndi Pedaqoji institutları, “Sovet türkologiyası” jurnalı, Fikrət Əmirov, “Min bir gecə” baleti, Tahir Salahov, Heydər Əliyev sarayı
Təhsil sahəsində uğurlar. Bu dövrdə Azərbaycanda ali və orta ixtisas məktəbləri şəbəkəsi genişləndi. Bakıda İnşaat Mühəndisləri İnstitutu, Gəncədə Texnologiya İnstitutu, Naxçıvanda və Xankəndidə Pedaqoji İnstitut açıldı. Bundan əlavə, 1970-80-ci illərdə Moskva, Leninqrad, Kiyev və SSRİ-nin digər şəhərlərinin nüfuzlu ali məktəblərində respublikamız üçün vacib olan sahələr üzrə yüksəkixtisaslı kadr hazırlığı sistemli xarakter aldı. Nəticədə, bu illərdə Sovet İttifaqının qabaqcıl ali məktəblərində 17 min azərbaycanlı gənc respublikamızda böyük ehtiyac duyulan vacib ixtisaslara yiyələndi. Amma həmin dövrdə təhsilin bütün pillələri üzrə marksizm-leninizm ideyalarının təbliğinə geniş yer ayrılır, Azərbaycan tarixinin, mədəniyyətinin və coğrafiyasının öyrədilməsinə kifayət qədər diqqət yetirilmirdi.