SUAL VƏ TAPŞIRIQLAR:
Kəndli islahatı Şimali Azərbaycanda torpaq, kəndli problemlərini tam şəkildə həll etmədi. Hətta bəzi regionlarda islahat keçirilməsi ləngiyir, əhali arasında narazılıq yaradırdı. Car-Balakən camaatlarına qarşı aparılan zorakı siyasət əhalinin silahlı üsyana qalxmasına səbəb oldu. Müstəmləkə siyasətinə dözməyən xalqın etirazları hansı formalarda özünü büruzə verirdi?
Zaqatala üsyanı, xristianlaşdırma siyasəti, qaçaqçılıq, tətil hərəkatı
Zaqatala-Balakən bölgəsində Azərbaycan türkləri, avarlar, ingiloylar, saxurlar, gürcülər, həmçinin digər xalqların və etnosların nümayəndələri qədim dövrlərdən bu günə qədər birgə yaşayırlar. Tarixin acı səhifələri zaman-zaman onları Vətən uğrunda birgə mübarizəyə qalxmağa sövq etmişdir. Car-Balakəndə və Zaqatalada baş verən üsyanların hər birində də onlar vahid bir qüvvə kimi mübarizə aparmışlar.
Mənbədə adı çəkilən xalqlar və etnoslar haqqında məlumat toplayın.