1912-ci ildə işə başlayan Dördüncü Dumaya Şimali Azərbaycandan hüquqşünas Məmməd Yusif Cəfərov deputat seçildi. M.Y.Cəfərov Dumadakı çıxışlarında Rusiya hökumətinin müsəlman və türk xalqlarına qarşı tətbiq etdiyi bütün milli, dini və hüquqi məhdudiyyətlərin ləğvini tələb edirdi.
İsmayıl xan Ziyadxanlı Dumada çıxış edərək Rusiyanın müstəmləkəçi siyasətini, ermənilərin vandalizmini ifşa etmişdi: "Zaqafqaziya (Cənubi Qafqaz) bir əsr bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq... Biz ... uşaqların xəncərə keçirildiklərini görmüşük. Qoy... anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar".
Azərbaycanlı deputatların Rusiya Dövlət dumalarında fəaliyyəti haqqında təqdimat hazırlayın.
SUAL VƏ TAPŞIRIQLAR:
Dünyanın yenidən bölüşdürülməsi uğrunda böyük müharibə başlamışdı. Müharibənin tərəflərindən biri olan Antanta blokunun tərkibində Rusiya imperiyası da müharibə aparırdı. Bəs bu müharibədə Azərbaycan hansı dövlətlərin işğalçı planlarına daxil idi? Azərbaycanlıların Birinci Dünya müharibəsində rus ordusunun tərkibində iştirakının səbəbi nə idi?
Azərbaycanlı generallar, “rus artilleriyasının Allahı”, S.Mehmandarov, ilk azərbaycanlı hərbi təyyarəçi, “Tatar süvari alayı”, “Urmu bəlası”
Azərbaycan böyük dövlətlərin planlarında. 1914-cü il avqustun 1-də Almaniyanın Rusiyaya müharibə elan etməsi ilə Azərbaycan Antanta və Üçlər İttifaqı adlı iki hərbi qruplaşma arasında gedən Birinci Dünya müharibəsinə qoşuldu. Müharibə səbəbkarlarının əsas məqsədi dünyanın mühüm strateji bölgələrini və zəngin müstəmləkələrini ələ keçirmək idi.