Siz müstəmləkə əsarətində olan ölkə ilə müstəmləkəçi imperiya arasındakı fərqi bilirsiniz. Bəs bu ölkələr arasında münasibətlər necə qurulurdu? Müstəmləkəçi dövlət inzibati idarə sistemi yaradarkən hansı prinsipləri əsas götürürdü? Müstəmləkələr necə idarə edilirdi?
Komendant, köçürmə siyasəti, “Erməni vilayəti”, alman məskənləri
Şimali Azərbaycan XIX əsrin ilk onilliklərində
Hərbi işğal rejimi. 1828-ci ildə Türkmənçay müqaviləsinin bağlanması ilə Vətənimiz iki yerə bölündü. Müstəqil dövlətçiliyimizin davamı olan xanlıqlar ləğv edilərək çar Rusiyasının əyalətlərinə çevrildi.