Azərbaycan Xalq Cümhuriyyətinin əsgər və zabitləri
SUAL VƏ TAPŞIRIQLAR:
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qarşısında duran çox mühüm vəzifələrdən biri respublikanın ərazi bütövlüyünün qorunması və türk-müsəlman əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımılarının qarşısının alınması idi. O zaman cərəyan edən mürəkkəb siyasi proseslər hökuməti hansı addımlar atmağa vadar etdi? Cənubi Qafqazda dövləti olmayan ermənilər necə oldu ki, dövlət qurdular? Onlar daha hansı torpaqlara iddia edirdilər?
İrəvan, Zəngəzur, Naxçıvan, Araz-Türk Respublikası, Qarabağ general-qubernatorluğu, Xosrov bəy Sultanov, Bəhram xan Naxçıvanski
Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradılması. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən erməni siyasi xadimlərinin əsassız ərazi iddiaları ilə üzləşdi. Gənc Azərbaycan dövlətinin həll etməli olduğu saysız-hesabsız problemlər içərisində “erməni məsələsi” xüsusi yer tuturdu. Yaşadıqları torpaqlarla kifayətlənməyən ermənilərin ərazi iddiaları gündən-günə artır, kəndlərimiz dağıdılır, türk-müsəlman əhali məhv edilirdi.