• Milli Olimpiya Mərkəzinin Mingəçevirdə
yerləşən “Kür” idman avarçəkmə bazası
lazımi avadanlıqlarla təchiz edilmişdir.
İdmançıların və turistlərin Kür sahilində
yerləşdirilməsi üçün yeni otel tikilmiş, bulvar
yenidən təmir olunmuş, istirahət və müxtəlif
əyləncə mərkəzləri yaradılmışdır. İdman
bazası təkcə dünya miqyaslı yarışların
keçirilməsi müddətində deyil, əlverişli iqlim
şəraitinə görə bütün ilboyu idmançların
məşqləri üçün istifadə edilir.
Müzakirә edin:
1. Respublikada çaylardan müxtəlif məqsədlərlə – suvarma, məişət, sənaye və
balıqçılıqda istifadə olunur. Bəzi çayların üzərində SES-lər tikilmişdir. Həmçinin su
idman yarışlarının keçirilməsi üçün müəyyən qurğular quraşdırılmışdır.