Avrasiya və Şimali Amerikanı - Şimal yarımkürəsində yerləşdiyi üçün Şimal materikləri adlandırırlar. Cənubi Amerika, Afrikanın böyük bir hissəsi, Avstraliya və Antarktida isə bütövlükdə Cənub yarımkürəsində yerləşdiyinə görə onları Cənub materikləri adlandırırlar.
Şimal materiklərinin insan təsirinə daha çox məruz qalan təbii zonaları, əsasən, dəyişmişdir. Bu, əhalinin daha sıx məskunlaşdığı – Şərqi Çin, Qərbi Avropa, Dekan, Mərkəzi düzənliklər və ABŞ-ın Atlantiksahili ərazilərində müşahidə olunur. Təbii zonalardan meşә, meşә-çöl vә çöllәr, codyarpaqlı hәmişәyaşıl meşә vә kolluqlar, savanna, seyrәk vә musson meşәlәri daha çox mənimsənilmişdir. Bu, təbii zonaların yerləşdiyi ərazilərdə relyefin mənimsənilmə üçün yararlı, iqliminin əlverişli olması, torpaqların münbitliyi, ərazinin bioloji ehtiyatlarının zənginliyi ilə əlaqədardır.