Antarktida:
әn uzaqda olan;
әn soyuq;
әn küləkli;
әn böyük buzlaq;
әn az öyrənilən materikdir.
Müzakirә edin:
– Antarktidanın kəşfi və təbiətinə dair əlavə
olaraq daha hansı “әn”-ləri əlavə edərdiniz?
Xəritə üzrə iş
Antarktidanın fiziki xәritәsi
• Antarktida materiki ərazisi daxil
olmaqla 48–60 ° c.en-dən
cənubda yerləşən ərazi
Antarktika adlanır.
Antarktika yunanca
“anti” - “əks” deməkdir, Yer
kürəsinin Şimal qütbü ətrafının -
Arktikanın əksi mənasındadır.
Antarktidaya dair 1 dekabr 1959-cu ildə imzalanan və 23 iyun 1961-ci ildən qüvvəyə
minən konvensiyaya görə, materik heç bir dövlətə məxsus deyildir. Ondan
yalnız elmi fəaliyyət üçün istifadə oluna bilər.
TAPŞIRIQ 1.
Antarktidanın coğrafi mövqeyi. Antarktida – üç yarımkürədə yerləşən, sahəsi 14 milyon
km
2 olan, üç okeanın suları ilə əhatələnən cənub materikidir. Materik bütün coğrafi uzunluqlarda
yerləşir, onun sahilləri hər tərəfdən şimala istiqamətlənmişdir ki, bu da onun coğrafi
mövqeyi ilə əlaqədardır.
Xәritәyә әsasәn müәyyәn edib yazın:
1. Antarktida hansı okean və dənizlərlə əhatə olunmuşdur?
2. Antarktidanı Cənubi Amerika materikindən hansı boğaz ayırır?
3. Xəritədən daha hansı məlumatları almaq olar?
4. Antarktidanın coğrafi mövqeyinin özünəməxsusluğuna aid 2 sual yazın.
TAPŞIRIQ 2.
Antarktidanın relyefi. Antarktida – cənub materiklərinin əvvəllər daxil olduğu Hondvananın
tərkib hissəsidir. Materik eyniadlı litosfer tavasında yerləşir, qərb tərəfdən And dağlarının
davamı kimi Sakit okeanın “Odlu həlqə”sinə daxildir. Antarktidada hələ də vulkanik proseslər davam edir. Burada fəaliyyətdə olan Erebus vulkanı püskürür. Materikin buzaltı
relyefi (sıra dağlar, platolar, çökəkliklər və s.) mürəkkəbdir.