Bu ərazilərin daimi sakini pinqivinlərdir.
Sahilboyu sularda mavi balina, kaşalot və s.-yə rast gəlinir. Bu ərazilərdə sular planktonlarla
zəngindir.
Antarktida daimi əhalisi olmayan materikdir. Burada ABŞ,
Rusiya Federasiyası, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya,Yaponiya və digər ölkələrin
elmi tədqiqat stansiyalarında müvəqqəti işləyən ixtisaslı kadrlar yaşayır. Son illərdə materik turistlərin
diqqətini cəlb etməyə başlamışdır. Hazırda Antarktidaya ildə 6000-dən çox turist gəlir.
– Nə üçün Antarktidada turizm və elmi-tədqiqat işləri dekabr, yanvar, fevral aylarında daha
fəal olur?
Şәkil üzrә iş
• Verilən ifadələri şəkillərə uyğun olaraq qruplaşdırın:
1. Yay aylarında havanın temperaturu + 26–28°C-yə bərabər olur.
2. Yağıntının miqdarı mümkün buxarlanmadan daha çoxdur.
3. Torpaqlar qeyri-münbit və açıqrənglidir.
4. Düz radiasiya üstündür.
5. Qış aylarında havanın temperaturu –20°C-yə qədər düşə bilir.
6. Əkinçiliyin inkişafı suvarma şəraitində mümkündür.
7. Yay otlaqları kimi istifadə oluna bilər.
Müzakirә edin:
- Təbii kompleksin komponentləri arasında hansı əlaqə müşahidə
olunur?
- Təbii komponentlərdən birinin dəyişməsi digərlərinə necə təsir edə
bilər?
Təbii komponentlərin qarşılıqlı təsirindən yaranan eynicinsi sahələr təbii ərazi
kompleksi yaradır ki, bu, landşaft adlanır (almanca “land” – torpaq + “schaft” –
əlaqə). Landşaftların ölçüləri (bir neçə km2-dən, bir neçə yüz km2-ə qədər) müxtəlif
olur. Lakin əsas odur ki, eyni landşaftın mövcud olduğu ərazi daxilində geoloji
bünövrə, relyef, iqlim, torpaq örtüyü, bitki və heyvanlar aləmi bir-birinə oxşar olsun.
Landşaft daxilində komponentlərin yaranması və onların inkişaf tarixi, adətən, eyni
olur. Azərbaycan ərazisində bir-birindən kəskin fərqlənən landşaftlar mövcuddur.