Ekskursiya üç mәrhәlәdә aparılır:
I
mәrhәlә
• Ekskursiyaya hazırlıq mәrhәlәsi.
1. Azərbaycanın atlasından xəritələrdən istifadə edərək cədvəli tamamlayın:
Milli park |
İqtisadi –coğrafi rayon |
----- |
----- |
2. Yaşadığınız ərazinin yaxınında yerləşən milli parkı təyin edin.
3. Milli parka ekskursiya etmək üçün hazırlıq görün.
II
mәrhәlә
• Ekskursiya zamanı:
А. Milli parkın məsul işçilərindən bu ərazinin əsas xüsusiyyətləri, hansı
tədbirlərin keçirilməsi, təbiəti mühafizə sahəsində qazandıqları uğurları, il ərzində qoruğa
(milli parka) gələnlərin sayı haqqında məlumat verməsini xahiş edin.
В. Ətraf aləm haqqında məlumat toplayın. Sizi əhatə edən təbii komponentlərə diqqət yetirin:
Relyef – (dağlıq yoxsa düzənlikdir).
Sәth suları – (çay, göl, bulaq, bataqlıqlaşma və s.).
Bitki növlәri – ( meşə, yarımsəhra, çöl və s.).
Heyvanat alәmi – quşlar, həşəratlar.
Siz coğrafi informasiyaların müxtəlif formalarda təqdim olunduğunu bilirsiniz:
1. Mәtn – olduğunuz ərazinin təsvirini dəftərdə yazın;
2. Rәsm – ərazinin relyefini, bitki aləminin rəsmini çəkin;
3. Fotoşәkil – əhatənizdə olan relyef, su mənbələri, bitki növləri canlıların fotosunu
çəkin
(onların qəribə formada olmasına diqqət edin);
*Unutmayın: Milli parkın ərazisində bitkiləri və onların yarpaqlarını qırmaq, əraziyə zibil tullamaq, tonqal yandırmaq olmaz.
mәrhәlә
• Ekskursiyanın yekunu. Ekskursiyadan sonra milli park haqqında təqdimat hazırlayın. Təqdimat hazırlayarkən müxtəlif bilik mənbələrindən - mövcud ədəbiyyatdan, internet saytlarından və ekskursiya zamanı yığdığınız məlumatlardan istifadə edin.