Azərbaycan öz ərazisinə görə kiçik bir ölkədir. Burada formalaşmış mədəniyyət özünü insanlarıın həyat tərzində, məişət və incəsənətində xüsusilə qabarıq göstərir. Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan Respublikasında zamanzaman Şərq və Qərb ənənələrinin vəhdəti yaranmışdır. Müasir dövrdə Azərbaycanın Avropa, yoxsa Asiya ölkəsi olması haqqında fərqli fikirlər mövcuddur.