Yaş-cins piramidaları əhalinin yaş və cins üzrə paylanmasını göstərən diaqramlardır.
Onlar əhalinin say (yaş və cins) strukturunu əyani şəkildə əks etdirir. Bu demoqrafik
göstəricilər dövlət büdcəsinin (məktəbəqədər, orta və ali təhsil müəssisələrinin,
səhiyyə xidmətlərinin və s.) planlaşdırılmasında, həmçinin mənzil tikintisi,
kommunal xidmətlərin, ərzaqla təchizat və digər işlərin təşkili üçün vacibdir.
Әhalinin yaş-cins piramidasının tәhlili:
I. Əhalinin yaş-cins piramidaları demoqrafik vəziyyətdən asılı olaraq müxtəlif formalarda
olur.
II. Piramidanın enli hissəsi həmin yaş qrupunda əhalinin sayının çox olduğunu, ensiz
hissəsi isə əksinə, az olduğunu göstərir.
III. Piramidaları təhlil edərkən onu üç hissəyə ayırmaq lazımdır. 0–15 yaş: uşaqlar; 16–65
yaş: gənc və yetkin insanlar; 65 yaşdan yuxarı yaşlılar.
Nümunә:
- Əhalinin yaş-cins piramidasına diqqət yetirin. Orada yuxarıya doğru əhalinin yaş
qrupları yazılmışdır.
- Əhalinin 16–65 yaş arasında olan hissəsi əmək qabiliyyətli insanlardır. Onların da sayı
üstündür (әmәk qabiliyyәtli әhali arasında işlәyәnlәrin sayı nә qәdәr çox olarsa, dövlәt
büdcәsinә bir o qәdәr çox vergi daxil olur. Vergi ilә daxil olan pullar xidmәt vә sosial
sahәlәrә (yeni mәktәblәr, xәstәxanalar, idman komplekslәri vә s) xәrclәnir).
- Əhalinin sayında 25–29 yaşlılar daha çoxdur.
- 65 yaşdan yuxarı yaş qrupuna daxil olan əhalinin sayı azdır. Piramidanın yuxarı hissəsinin
ensiz olması bunu ifadə edir.
- Piramidada qırmızı zolaqlar qadınların, goy zolaqlar isə kişilərin sayını göstərir.
- Əhalinin 30 yaşa qədər olan hissəsində kişilərin, 30-dan yuxarı hissəsində isə (əsasən,
yuxarı yaş (75–79 yaş) qruplarında qadınların sayı kişilərdən çoxdur (bu, kişilәr arasında
ölüm hallarının çox olması (tәhlükәli peşәlәr, müharibәlәr) vә qadınların uzunömürlü
olması ilә әlaqәdardır).