Şәkil üzrә iş
Ərazidə müəssisələrin yerləşmə uyğunluğunu tapın: nümunə: a–2; b–1.
- Hansı müəssisələr şəhərin mərkəzinə ən yaxın yerləşdirilmişdir və bunun səbəbi nədir?
- Şəhərin enerji ilə təminatı hansı mənbədən ödənilir və onun yerləşdirilməsində hansı amil əsas
götürülmüşdür?
- Ayaqqabı fabrikinin şəhərə daha yaxın, metallurgiya zavodunun isə uzaqda yerləşdirilməsi
hansı amillərlə əlaqədardır?
- Şəhər əhalisi hansı müəssisələrdə işləyərsə, daha az nəqliyyat xərcləri ödəyərlər?
Müəssisələr:
a) Su-elektrik stansiyası
b) Daş karxanası
c) İdman kompleksi
d) Əyləncə mərkəzi
e) Metaləritmə zavodu
f) Ticarət mərkəzi
g) Quşçuluq kombinatı
h) Ayaqqabı fabriki
Müzakirә edin:
- İstehsal və qeyri-istehsal sahələrinin yerləşdirilməsində hansı amillər nəzərə alınmalıdır?
İstehsal və qeyri-istehsal sahələri müxtəlif ərazilərdə müəyyən prinsiplər əsasında
yerləşdirilir. Müəsissələrin yerləşdirilməsində təbii və iqtisadi amillərin,
eləcə də ərazidə əhalinin sıxlığının təsiri böyükdür. Müəssisələrin düzgün yerləşdirilməsi
istehsal olunan məhsulun maya dəyərinə təsir edir. Maya dәyәri – hər hansı
məhsulun istehsal edilməsinə və daşınmasına çəkilən xərclərə deyilir. Məhsulun
satış qiymәti nizamlanmış qiymətlər sisteminə əsaslanır. Qiymәtlәr sisteminin
formalaşmasında məhsul istehsalı üçün xammal və ya detalların alınması, əməkhaqqının
ödənilməsi, binanın xərcləri (vergi, işıq, istilik, su və s.), gəlirlərin bölüşdürülməsi,
işçinin sosial müdafiəsinə çəkilən xərclər nəzərə alınır.