İnsan və cəmiyyət
“Mülkiyyət” sözünün mənası - əmlakdır. Əmlak maddi əşyaların cəmidir. Əmlak daşınmaz və daşına bilən olur. Torpaq sahələri, su obyektləri, meşələr, çoxillik əkinlər (bağ sahələri, yonca əkinləri və s.), binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əmlak daşınmaz mülkiyyətdir. Bir yerdən başqa bir yerə aparılması mümkün olan və daşınma zamanı heç bir zərər görməyən əmlak isə daşına bilən mülkiyyətdir.
Mülkiyyət sahibsiz ola bilməz. Mülkiyyətin daha qədim və geniş yayılmış növlərindən biri xüsusi mülkiyyәtdir. Xüsusi mülkiyyət dedikdə, qədimdə torpaq, geyim və əmək alətləri, müasir dövrdə isə onlara əlavə olaraq torpaq, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, qiymətli kağızlar və s. başa düşülür. Xüsusi mülkiyyətin şәxsi və fәrdi olmaqla 2 növü vardır.
X Ü S U S İ M Ü L K İ Y Y Ә T
Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində mülkiyyətçi artıq torpağın, dəzgah və avadanlıqların birbaşa deyil, onların səhmlərinin, yəni qiymətli kağızların sahibi olur. Onlar əllərindəki səhmlərə uyğun olaraq qazanılan gəlirlərdən pay almaq hüququna malikdirlər.