Turizm üçün ərazilərin cəlbedicilik səviyyəsi dünya iqtisadi forumlarında qəbul edilmiş göstəricilər əsasında müəyyən olunmuşdur.
Göstəricilərə görə:
– siyasi cəhətdən sabitlik;
– güclü iqtisadiyyat;
– yüksək xidmət səviyyəsi;
– əhalinin milli-mənəvi adət-ənənələri;
– zəngin təbii şərait hər hansı ölkəni turizm və səyahətçilər üçün cəlbedici edə bilər.
Turizm inkişafda olan sahələrdən biridir. O, əhalinin həyat səviyyəsini əks etdirir. 2019-cu ildə beynəlxalq turizmə qatılanların 1 mlrd. 452 mln. nəfər olmuşdur.
Turizm baxımından ölkələr iki qrupa ayrılır: ABŞ, Norveç, Böyük Britaniya, Almaniya və s. ölkələrdən digər ölkələrə turist axını yüksəkdir. Türkiyə, İspaniya, Yunanıstan, İtaliya və bu kimi ölkələr isə daha çox turist qəbul edir.
İnkişaf sürətinə və qazanılan gəlirlərə görə turizm yalnız neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra üçüncü yeri tutur.
İllər | 2010 | 2012 | 2014 | 2016 | 2018 | 2019 |
Gəlirlər (ABŞ dolları ilə) | 927 mlrd. | 1078 mlrd. | 1252 mlrd. | 1245 mlrd. | 1451 mlrd. | 1697 mlrd. |
Turizmin inkişafı müxtəlif amillərdən asılı olduğu kimi, özü də iqtisadiyyatın müxtəlif sahələrinə təsir edir. İlk növbədə, turizm xeyli sayda iş yeri deməkdir.