1. | Materikin hansı hissəsində ovalıqlar və yüksəkliklər üstünlük təşkil edir? |
2. | Materikin qərbində hansı dağ sistemi yerləşir? Dağların hansı hissəsi daha hündürdür? |
3. | Fiziki və tektonik xəritələri müqayisə edərək suallara cavab verin: a) Şimali Amerikanın hansı hissəsi platformadır? b) Şimali Amerikada litosfer tavalarının sərhədində və ondan kənarda yerləşən dağlan hansılardır? C) Appalac və Kordilyer dağları hansı qırışıqlıqda yaranmışdır? |
Şimali Amerikanın qərbi üçün dağlıq və mərkəzi üçün isə düzənlik relyef səciyyəvidir. Qərbdə ən böyük dağ sistemi Kordilyerdir. Onlar Sakit okeanın sahilləri boyunca şimaldan cənuba 7000 km-ə qədər uzanır. Bu dağlar Kanada, ABŞ, Meksika və Mərkəzi Amerika ölkələrinin ərazilərindən keçir.