Xәritә üzrә iş
Cәnubi Amerikanın
fiziki xәritәsi
Cәnubi Amerikanın
tektonik xәritә-sxemi
Müzakirә edin:
- Materikin qərb və şərq hissələri üçün hansı relyef formaları
səciyyəvidir?
- Cənubi Amerikanın hansı hissəsi litosfer tavalarının sərhədində
yerləşir?
- Cənubi Amerika platformasına hansı düzənliklər uyğun
gəlir?
Cənubi Amerika nın qərbində Sakit okean sahili boyunca dünyanın ən uzun dağ
sistemi olan (təqribən 9000 km) And dağları uzanır. Bu dağlar Karib dənizi sahillərindən
Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edir. Odlu Torpaq adaları
da And dağlarının davamıdır. Sıra dağlar arasında ensiz dağarası çökəkliklər
yerləşir. Yalnız 20° c.e dairəsi boyunca sıra dağlar arasında məsafə artır, geniş platolar
– Altiplano yaranır.
Mәtn vә şәkil üzrә iş
Akonkaqua (6960 m)
Altiplano
• Altiplano – And dağlarında, Boliviya və Çili sərhədində
yerləşən yüksək yayladır. Burada iqlim quraqdır və ağaclar
yoxdur. Altiplano quraqlığa davamlı bitkilərlə örtülmüşdür.
Müzakirә edin:
– Altiplano yaylası təsərrüfatın hansı sahələrinin inkişaf
etdirilməsi üçün yararlıdır?