Cәdvәl üzrә iş
Cədvəli tamamlayın:
Suallar |
21.III |
22.VI |
23.IX |
22.XII |
- Günəş hansı paralel üzərində zenitdə
olur?
|
|
|
|
|
- Hansı yarımkürə daha çox Günəş
istiliyi və işığı alır?
|
|
|
|
|
- Hansı coğrafi enliklərdə qütb
gündüzləri müşahidə olunur?
|
|
|
|
|
- Verilən günlərdə Bakıda Günəş şüalarının
düşmə bucağını hesablayın.
|
|
|
|
|
Müzakirә edin:
1. Hansı coğrafi enliklərdə qütb gecələri müşahidə olunur?
2. Günəş işığı və istiliyinin qeyri-bərabər paylanması Yer səthində nə ilə nəticələnir?
Yer kürəsində Günəş istiliyi və işığının miqdarı Günəş şüalarının düşmə bucağından
asılıdır. Günəş şüalarının düşmə bucağına isə aşağıdakı amillər təsir edir:
1. Yerin xəyali fırlanma oxunun orbit müstəvisinə meyilliyi;
2. Yerin illik hərəkəti;
3. Yerin kürə forması;
4. Yerin Günəşə nəzərən vəziyyətinin dəyişməsi;
5. Yer səthinin relyefi;
6. Yamacların ekspozisiyası (yamacın üfüqün hansı tərəfinə istiqamətlənməsi) və
meyilliyi.
21 martda ekvator xətti
üzərində Günəşin gün ərzində
görünmə vəziyyəti
• Gün әrzindә günәşin görünmә vәziyyәtinin dәyişmәsi.
Martın 21-də ekvator xətti boyunca yerləşən məntəqələrdə səhər
Günəş şərqdə “çıxır”, günorta baş üzərində zenitdə olur və axşam
isə qərbdə “batır”. Ekvator xəttindən şimalda yerləşən məntəqələrdə
Günəş səhər üfüqün cənub-şərq tərəfində “çıxır”, günorta cənubda
görünür, axşam isə cənub-qərbdə “batır”. Ekvator xəttindən
cənubda yerləşən məntəqələrdə isə Günəşin “çıxması” şimalşərqdə,
“batması” isə şimal-qərbdə baş verir.