9 mart 2014-cü il
Bu gün Skandinaviyanın şimalında güclü siklon, fırtınalı
külək və çox güclü yağışla müşayiət olunmuşdur. Küləyin
sürəti 38 m/san-yə çatmışdır.
Siklon bir həftə bundan əvvəl Atlantik okeanının mərkəzində
yaranmış və az sonra Avropanın şimal-şərqinə doğru
istiqamət almışdır. Sabah siklonun Finlandiyaya daxil
olacağı gözlənilir.
Atmosferin aşağı qatlarının fiziki vəziyyəti sinoptik xəritədə qeyd olunur. Sinoptik xəritə – müəyyən
olunmuş vaxtlarda
meteoroloji
stansiyaların müşahidə məlumatlarının rəqəmlər və simvollar
vasitəsilə göstərildiyi xəritədir. Hava xidmətində belə xəritələri gün ərzində bir neçə dəfə
hazırlayırlar. Sinoptik xəritələrin təhlili havanın proqnozunu verməyə şərait yaradır.
– Sinoptik xəritəni fiziki xəritə ilə müqayisə edin və suallara сavab verin:
- Ən alçaq atmosfer təzyiqi harada müşahidə edilir?
- Ən yüksək atmosfer təzyiqi harada müşahidə edilir?
- Hansı ölkələrin ərazisindən soyuq atmosfer cəbhəsi keçir?
- Xəritəyə görə, “Külək İslandiyadan Böyük Britaniyaya doğru əsir?” ifadəsi doğrudurmu?
Cavabı izah edin.
Avropa iqlimin daha dəqiq öyrənildiyi qitələrdən biridir. Bu qitədə fəlakətli hava
hadisələri tez-tez baş vermir, həmçinin belə hadisələrin miqyası planetimizin digər
hissələrinə nisbətən daha kiçikdir. Meteoroloji stansiyalarda kosmosdan müntəzəm
aparılan müşahidələr havanın dəqiq proqnozunu, fəlakətli hava hadisələrini qabaqcadan
xəbər verməyə imkan verir, onlara uyğun olaraq tədbirlərin vaxtında görülməsinə
şərait yaradır.