Mәtn üzrә iş
Filippindә tayfunun fәsadları
• 7 noyabr 2013-cü ildə Filippində baş verən tayfun
müşahidə tarixində ən güclüsü hesab edilir. Kəndlərdə
tikililərin 90%-i dağılmışdır. Fəlakətli hadisə nəticəsində
2,5 mln. nəfərin ərzaq ehtiyacı yaranmış, 545 min nəfər
ev-eşiyini itirmiş, 130 min ev dağılmışdır. Su boruları və
elektrik xətlərindəki qəzalar əhalini içməli sudan və
elektrik enerjisindən məhrum etmişdir. İnfeksiya mənşəli
epidemiyalar yayılmışdı.
Ölkədə sənaye, kənd təsərrüfatı, yaşayış məntəqələri və
infrastrukturu bərpa etmək üçün xeyli miqdarda xərc
tələb olunurdu.
Tayfundan ziyan çəkənlərə kömək üçün 1215 təxliyə
mərkəzi açılmışdır. Filippinə ilk humanitar yardım
göstərən ölkələr ABŞ və Böyük Britaniya olmuşdur.
Suallara cavab verin:
1. Filippindən tayfun keçərkən dağıntının daha çox şəhərlərdə yox, kənd yerlərində olması faktını
nə ilə izah etmək olar?
2. Nə üçün Filippinə ilk yardımı qonşuluqda yerləşən Cənub-Şərqi Asiya ölkələri deyil, ABŞ və
Böyük Britaniya göstərmişdi?
3. Filippin iqtisadiyyatının hansı sahələri tayfundan ziyan çəkmişdi?
Asiya iqliminin formalaşmasına müxtəlif amillər təsir edir. Qitənin şimaldan
cənuba doğru çox uzanması onun Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında
yerləşməsinə səbəb olur. Zond arxipelaqının cənubundakı adalar Cənub yarımkürəsinin
subekvatorial qurşağında yerləşir.
Әrazinin böyüklüyü vә sahillәrin xüsusiyyәtlәri Asiyanın iqliminə güclü təsir
edir. Geniş quru ərazi Asiyanın mərkəzi hissəsində iqlimin kontinentallığına səbəb
olur. Bu ərazilər sərt qışı və isti yayı, illik və sutkalıq temperatur amplitudunun
böyük olması ilə səciyyələnir.
Tayfunlar – güclü yağışların müşahidə
olunduğu tropik siklonlardır. Onların
diametri 300–400 km-ə, küləyin
sürəti isə 300 km/saata çatır. Tayfunlar
Asiya üçün səciyyəvi olan atmosfer
hadisələrindən biridir.
Sakit okean üzәrindә tayfunun yaranması.
Kosmosdan çəkilmiş şəkil
Asiyanın şimalında iqlimə daimi küləklərdən şimal-şәrq, cənub-qərb hissəsinə
isə passat külәklәri təsir göstərir. Lakin Asiyanın iqliminin formalaşmasına daha çox
daimi küləklər deyil, mövsümi külәklәr təsir edir. Cənubi, Cənub-Şərqi və Şərqi Asiya
sahilləri üçün yay aylarında bol yağıntıları ilə seçilən mussonlar səciyyəvidir.