Xәritә üzrә iş
Avstraliyanın iqliminə aid maraqlı faktlar:
1. Mövsümlәr: Yay: dekabr–fevral; qış:
iyun–avqust; yaz: sentyabr–noyabr; payız:
mart–may.
2. Avstraliya әn quraq materikdir. Materik
әrazisinin 50% -dәn çoxu yüksәk atmosfer
tәzyiq zonasında yerlәşir.
3. Avstraliyada әn yüksәk temperatur 2 yanvar
1960-cı ildә 127,0°F qeydә alınmışdır.
Avstraliyanın iqlim xәritәsi
Müzakirә edin:
- Nə üçün Avstraliyada yay ayları dekabr–fevral hesab olunur?
- Nə üçün Avstraliya ərazisinin 50%-dən çoxu az miqdarda yağıntı alır?
- Avstraliyada ən yüksək temperaturun 127,0° müşahidə olunmasına baxmayaraq, dünyanın ən isti
məntəqəsinin Liviyada Tripoli (+58°C) hesab edilməsini necə izah edə bilərsiniz?
- Avstraliyanın şimalında orta illik temperatur materikin cənubuna nisbətən yüksəkdir. Bunu necə
izah etmək olar?
- Yağıntının miqdarı necə dəyişir? Hansı ərazilərdə yağıntı daha çox, hansında isə daha az düşür?
Avstraliyanın mərkəzi hissəsinin okeanlardan uzaqda yerləşməsi okeanların daxili
əraziyə təsirinin az olması ilə nəticələnir. Tropik iqlimin hakim olduğu ərazilərdə
bitki örtüyü kasıbdır. İlin soyuq dövründə bu ərazilər otlaqlar kimi istifadə olunur.
Sxem üzrә iş
Cənub subekvatorial qurşağında yağıntılar yayda, yəni dekabr, yanvar və fevral aylarında düşür.
Qış quraqdır. Yanvarda orta yay temperaturu 30°C, iyulda isə orta temperatur 19°C təşkil edir.
Müzakirә edin:
1. Dekabrda yağıntıların
miqdarı neçə mm-dir?
2. İyulda yağıntıların
miqdarı neçə mm-dir?
3. Qış aylarında düşən
yağıntının ümumi
miqdarı nə qədərdir?