Mәtn vә xәritә üzrә iş
• Rio-Qrande Şimali Amerikada
uzunluğuna görə üçüncü çaydır. Çay ABŞ
və Meksika arasında sərhəd təşkil edir.
ABŞ-da Rio-Qrande çayında sәrhәd xidmәti.
Sərhədçilər Meksikadan sərhədi keçməyə cəhd
göstərən immiqrantların qarşısını alırlar.
• XIX әsrdә zənci-qullar Rio-Qrande çayından Meksikaya
qaçaraq böyük azadlıq axtarırdılar. Müasir
dövrdə isə Meksika və digər Latın Amerikası ölkələrini
tərk edən yüz minlərlə insan ABŞ-da yaxşı həyat
axtarmaq məqsədilə Rio-Qrandedən keçməyə çalışır.
Müzakirә edin:
- Çayların təbii sərhəd kimi qəbul edilməsinin hansı üstünlüyü vardır?
- “Türkmənçay” və “Gülüstan” müqavilələri bağlandıqdan sonra Azərbaycanın hansı çayı cənub
sərhəd çayı olmuşdur?
Şimali Amerikada çay və göllər materik üzrə
qeyri-bərabər yayılmışdır. Materikin daxili suları
Sakit, Şimal Buzlu və Atlantik okeanı və
daxili axarsız hövzələrə aiddir. Çaylardan ən
böyüyü Missisipidir (yerli hindu dilində –
). Çay İtaska gölündən başlayır,
Meksika körfəzinə tökülür. Missisipi və onun
qolları Missuri və Arkanzas ilə birlikdə axıtdığı
suyun həcminə görə dünyada ilk onluğa
daxildir. Missisipi sularını Böyük və Mərkəzi
düzənliklərdən, həmçinin Appalaç və Kordilyer
dağlarından axan çaylardan yığır. Axdığı
ərazilərdə sənaye, kənd təsərrüfatı və məişət
əhəmiyyətinə malikdir. Təsərrüfat işlərinə
daşqınların mənfi təsiri böyükdür.
Şimali Amerika ərazisində Sakit okean hövzəsinə aid olan dağ çayları qısa və
bolsulu olması ilə fərqlənir. Bu çayların dərələrində nəhəng kanyonlar vardır. Kolumbiya
və Kolorado çayları dağlıq ərazilərdən axdığına görə hidroenerji ehtiyatları
zəngindir. Bu çaylar üzərində tikilən SES-lər böyüklüyünə görə fərqlənir.