(“Sirlər xəzinəsi” poemasından, ixtisarla)
Şam şəhəri tərəfdə qoca bir kişi vardı,
Uzaqlaşıb bəşərdən, mələk kimi yaşardı.
Toxuyardı özünə otdan, əncərdən köynək,
Dolanardı minnətsiz, hər gün kərpic kəsərək.
Bir gün yenə o qoca tərini silə-silə
Əlləşərkən palçıqda saman ilə, su ilə
Çıxdı böyürdən qəfil gözəl bir dəliqanlı,
Xitab etdi qocaya, dili ahlı, amanlı:
- Qalx ayağa, torpağa qılınc vurma bu qədər,
Bir qarınlıq çörəyi səndən kim əsirgəyər?!
Bu qəlibi at oda, yandır, qoy külə dönsün,
Bambaşqa bir qəliblə gün ağla sən özünçün.
Axirət dünyasını qazanmağa çalış sən,
Salma özünü həkdən, əl çək bu daş-kəsəkdən.
Qocasan, qocalarla sən oturub-dur ancaq,
Cavanların işini cavanlar görsün, burax!
Qoca dedi: "Ay oğul, dəliqanlılıq etmə!
Öz işinlə şuğullan, mənə ağıl öyrətmə!
Hər sənətin sahibi sənətilə yaşayar,