Ananın ürəyində
Arzular durdu səfə,
Bala qığıltısını
Eşidərkən ilk dəfə.
Arzu doğdu arzudan,
Dedi: “Balama qurban
Kəhər atlar, qulunlar!
Balam nə vaxt dil anlar?”
Uşaq dil də anladı,
Dil açdı: “Ana!” – dedi.
Ana: “Hər dərdin, bala,
Gəlsin bu cana”, – dedi.
Üzünə güldü cahan,
Arzu doğdu arzudan.
Ana dedi: “Bəs haçaq
Balam ayaq açacaq?”
Məcazi mənalı sözləri seçin. Sizcə, şair nə üçün belə sözlərə müraciət etmişdir?
Ayaq sözünün çoxmənalılığını nümunələr vasitəsilə əsaslandırın.
Fərqləndirilmiş hissədə hansı söz aşağıdakı tələblərə cavab verir?
Sxemi şərh edin: