* * *
1 Səhər fermer gördü ki, onun evinə yaxşı cins atlar qoşulmuş dəbdəbəli bir karet yaxınlaşdı. Karetdən bahalı və şıq geyinmiş bir centlmen düşdü və soruşdu:
2 Oğlan qorxu və ümidsizlik içində ağlayaraq qışqırırdı. Fermer cəld qalın bir budağı qırıb ehtiyatla hadisə yerinə yaxınlaşdı, əlindəki budağı batan oğlana uzatdı. Oğlan təhlükəsiz yerə çıxdı. Onun bədəni həyəcan və gərginlikdən titrəyir, göz yaşlarını saxlaya bilmirdi. Ancaq əsas bu idi ki, o, canını qurtara bilmişdi!
3 XX əsrin əvvəlində bir şotland fermeri evə qayıdarkən onun yolu bataqlığın yanından keçir. Birdən o kiminsə bərkdən qışqıraraq köməyə çağırdığını eşidir. Fermer tez səs gələn tərəfə qaçır və dəhşətli bir mənzərənin şahidi olur: bataqlıq balaca bir oğlanı özünün nəhayətsiz dərinliyinə çəkir, oğlan xilas olmağa cəhd edir, lakin hər cəhdi uğursuzluqla nəticələnir, anbaan onun ölümünü yaxınlaşdırırdı.
4 – Gəl, bizə gedək, – deyə fermer ona dedi. – Sənə rahatlıq, istirahət və isti pal-paltar lazımdır.
Lakin oğlan başını buladı: “Yox, yox, gedə bilmərəm. Atam məni gözləyir. O, yəqin ki, indi çox nigarandır”.
Təşəkkür və minnətdarlıq hissi ilə xilaskarın gözünə baxan oğlan qaçıb getdi.
– Oğlumu dünən xilas edən sizsiniz?
– Bəli, mənəm, – fermer cavab verdi.
– Sizə nə qədər borcluyam?
– Təhqir etməyin məni, cənab. Siz mənə heç bir şey borclu deyilsiniz, çünki mən hər bir normal insanın edəcəyi hərəkəti etmişəm.
– Yox, mən bunu elə-belə də qoya bilmərəm, çünki oğlum mənim üçün çox əzizdir. Siz istədiyiniz məbləği deyə bilərsiniz, – qonaq israr etdi.
– Mən bu haqda heç danışmaq istəmirəm. Sağ olun.
Fermer çevrilib getmək istəyəndə evdən onun balaca oğlu çıxdı.
Varlı qonaq soruşdu:
– Bu sizin oğlunuzdur?
– Bəli, – deyə oğlunun başını sığallayaraq fermer fərəhlə cavab verdi.
Mətnin lüğət tərkibi üzərində iş aparmaq üçün suallar tərtib edin.