Fikrimi söyləməmişdən əvvəl Molla Nəsrəddinin bir məşhur lətifəsini yada salmaq (...) istəyirəm:
Günlərin birində Molla Nəsrəddinlə oğlu səfərə çıxırlar. Molla uşağı eşşəyə mindirir, özü isə piyada gedir. Qarşıdan gələn bir dəstə adam gileylənir (...): “Bu da indiki cavanlar. Heç böyüyə hörmət etmirlər. O boyda sağlam cavan eşşəyə minib, ancaq yazıq qoca piyada gedir”.
Bu sözdən utanan uşaq eşşəkdən düşür, molla isə, əksinə, eşşəyə minir. Qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara bir baxın! O boyda kişi eşşəyə minib, yazıq uşaq isə piyada gedir”. Bu sözdən sonra hər ikisi eşşəyə minir. Qarşıdan gələn başqa bir dəstə: “Bura bax ey... İki-iki adam minib eşşəyə, yazıq heyvan nəfəs ala bilmir”, – deyir. Camaatın sözün kəsmək üçün bu dəfə nə molla, nə də uşaq eşşəyə minir. Piyada yola düzəlirlər. Qarşıdan gələn digər (...) dəstə deyir: “Bir bunlara baxın. Günün altında piyada gedirlər, atılaatıla gedən eşşəyə minmirlər” və s.
Mollanın başına gələn bu hadisə bir çox cəhətdən diqqəti cəlb edir. Birincisi, mollanın özünün mükəmməl ideyası və iradəsi olmadığından başqalarının təsiri altında eşşəyə gah minir, gah da düşür.
Mətndə mötərizədəki nöqtələrin yerinə yaxınmənalı sözlər seçin.
Obyekt və subyekt sözlərinin leksik mənasını lüğətin köməyi ilə izah edin.
Mətndə bir-birinə əks olan sözləri müəyyənləşdirin.