Başqasının nitqinin məzmunu saxlanılmaqla dəyişiklik edilərək verilməsinə vasitəli nitq deyilir.
Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən tabeli mürəkkəb cümlə əmələ gəlir.
Məsələn:
Əbih Sultan dedi:
– Məni Əlincə qalasına Bəysunqur göndərməmişdi. (F.Kərimzadə)
Əbih Sultan dedi ki, məni Əlincə qalasına Bəysunqur göndərməmişdi. (F.Kərimzadə)
11. Mətni oxuyun, aşağıdakı tapşırıqları yerinə yetirin.
Bəlkə, yolum oradan da o yana düşdü...
Bir gün bağda oynuyan uşaxlar Mollaya sataşmaq və onun başmaqlarını oğurramax məqsədilə onnan ağaca dırmaşmağı xaiş edillər. Uşaqların hiyləsini başa düşən Molla başmaqlarını qurşaqına sancıb ağaca dırmaşmağa başlıyır.
Öz hiylələrinin baş tutmadığını görən uşaqlar Molladan soruşurlar
Ay Molla bu başmaqları haraya aparırsan Qoy burada qalsın düşüb geyərsən.
Molla mənalı-mənalı gülümsəyərək cavab verir
Yox, qadan alım, ehtiyyat yaxşı şeydir. Qoy götürüm, kim bilir, bəlkəm, ordanda yolum o yana düşdü.
(“Rəvayətli ifadələr” kitabından)