(ixtisarla)
Mən sizi bu qədər sevirəm nədən,
Sizdən giley, qeybət edə bilmirəm.
Hətta qəsdən mənə bir pislik edən
Şəxsə də heç nifrət edə bilmirəm.
Mən sizi sevirəm yaxşılı-pisli
Yox, məndə doğmayır nifrət hissləri.
Seçə bilməyirəm, sizdən nə gizli
Tamam yaxşıları, tamam pisləri.
Ey mənə dərs vermiş, əziz müəllim!
Mənə nifrət hissi vermədin niyə?
Axı bu nifrətlə bölə bilərdim
Mən də insanları bu gün ikiyə.
Kimə ki yaxşılıq edirəm hərdən,
Ürəyim fərəhlə, işıqla dolur.
Bəzən də yaxşılıq edə bilmirəm,
Bu mənim özümə bir pislik olur
Ey nifrət hissləri, qəlbimdən köçün,
Nifrətsiz olmağı mən qət edirəm...
Söhrab Tahir