(1841–1927)
Əbdülbağı Zülalov Şuşada Xarrat Qulunun musiqi məktəbində təhsil almışdır. Çox tez bir zamanda məşhurlaşan Bülbülcan gözəl muğam ifası ilə daim seçilərdi. Cabbar Qaryağdıoğlu özü dəfələrlə etiraf etmişdir ki, zəngulə vurmağı böyük xanəndə Əbdülbağıdan öyrənmişdir.
Yenə Cabbar Qaryağdıoğlunun yazdığına görə, rus çarı III Aleksandr Qafqaza səyahət vaxtı Tiflisin ən gözəl guşəsi olan “Müctəhid bağı”nda onun şərəfinə təşkil edilmiş şənlikdə Bülbülcan elə zəngulə vurub oxumuşdur ki, III Aleksandr və onun xanımını heyran qoymuşdu. Bütün Qafqaz səyahəti vaxtı Bülbülcan onun məclislərinin ifaçısı olmuşdur.
1900-cü ildə İran hakimi Müzəffərəddin şahın Tiflisə gəlməsi ilə bağlı böyük məclisdə Əbdülbağı Zülalov elə məharətlə oxumuşdur ki, şah onun ifasına valeh olaraq xanəndəni “Şiri-Xurşid” qızıl medalı ilə mükafatlandırmışdır.
Aşağıdakı cümlələrin ardıcıllığını bərpa edin. Ardıcıllığı nəyə əsasən
bərpa edəcəksiniz?
1920-ci illərdə Əbdülbağı Zülalov Bakıya köçmüş, “Qısa müddətli Şərq musiqisi kursları”nda, 1923-cü ildən isə Azərbaycan Dövlət Türk Musiqi Məktəbində muğamatdan dərs demişdir. Əbdülbağı Zülalov Bülbülcan Xurşidbanu Natəvanın təşkil etdiyi ədəbi məclislərdə, xüsusilə də 1873-cü il avqustun 18-də Şuşaya su çəkdirmək məqsədilə təşkil olunmuş şənlikdə fəal iştirak etmişdir. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyənləri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Bülbülcan Tiflisdə dəfələrlə musiqi dəstəsi yaratmış və yerli teatr tamaşalarının fasilələrində çıxış etmişdir. Onun repertuarı çox geniş və hərtərəfli idi. O, bir çox dillərdə: Azərbaycan, gürcü, qumuq, fars dillərində də mahnı oxuyardı. 1905-ci ildə Bülbülcan Şuşaya qayıdaraq vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovla Qəmbər Zülalovun böyüməsinə həsr edir. 1875-ci ildən isə o, Tiflis şəhərinə köçmüş və 1920-ci ilədək burada yaşamışdır.
Muğam ensiklopediyasından