- Mətn üçün açar sözlər seçin.
- Mükafatlandırmışdır, ifaçı, fasilə sözlərinin sinonimlərini müəyyənləşdirin.
- Məntiqi ardıcıllığı davam etdirin.
- Arzu, istək, məqsəd, amal sözlərinin leksik mənalarını müəyyənləşdirib
fərqləndirin.
Cümlədə işlətməklə fikirlərinizi əsaslandırın.
- Xanəndə və müğənni sözlərinin leksik mənalarını müəyyənləşdirin.
- Əbdülbağı Zülalov Bülbülcan kim idi?
- Mətndən çıxış edərək Ə.Zülalovun şəxsi keyfiyyətləri barədə fikir yürüdün.
- “Hansı ölkədə yaranmasından asılı olmayaraq, elm və sənət bütün dünyaya
məxsusdur” (A.S.Puşkin) fikri mətnin ideyası ola bilərmi?
- Mətndə hansı suala cavab yoxdur?
- Ə.Zülalov hansı xidmətinə görə “Şiri-Xurşid” medalı ilə təltif
edilmişdir?
- C.Qaryağdıoğlu muğam ifaçılığını kimdən öyrənmişdir?
- Ə.Zülalovun Bakıya köçməsinin səbəbi nə idi?
- “Sübhün səfiri” filmini izləyin. Sizi maraqlandıran faktları toplayın və
yoldaşlarınızla
müzakirə edin.
- “Minnətsiz çörək” hekayəsi əsasında aşağıdakı tapşırıqları yerinə yetirin.
11.1. Mötərizələrdə verilmiş sözlərə uyğun şəkilçilər artırın.
Hansı sözlər
şəkilçi
qəbul edərkən kökündə dəyişiklik baş verdi?
MİNNƏTSİZ ÇÖRƏK (ixtisarla)
Mirzə Valeh neçə illər idi ki, Hatəm xanın (dəbdəbə...) sarayında yaşayır
və onun uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olurdu. Hatəm xan imarətindəki
ən gözəl
(otaq...) əvvəldən Mirzə Valeh üçün ayırmışdı. Otaq başdanayağa
Şərq üslubu ilə bəzənmişdi.
Bu otağın pəncərələri birbaşa qızılgül
bağçasına açılırdı.
Mirzə Valeh bu evin (hörmət...) siması, məclislərin (fəxr...) olmuşdu. Ziyafətlərdən
kənar zamanlarda da Mirzə Valeh Hatəm xanın süfrəsinin başında
özünəməxsus
yer tuturdu. O, Hatəm xanın düzəltdiyi məclislərdə iştirak edər,
ağlı və kamalı ilə hər kəsi (heyran edər...). Mirzə ən qədim elmlərdən tutmuş
bu günə qədərki bütün elmlərdən xəbərdar idi.