1964-cü ildə yaradılmış bu muzey Bakıda yerləşir. Muzeyin fondunda 35 mindən çox eksp...nat toplanmışdır. Onların içərisində milli musi...i alətlərindən tar, kamança, saz, dəf, qoşana...ara, həmçinin qədim qr...mmofon və pat...fonlara rast gəlmək mümkündür. Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin, milli professi...nal vokal sənətinin banisi Bülbülün, eləcə də Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin və başqalarının müəllif not əlyazmaları, əsərlərindən seçmələr və başqa n...munələr də muzeydə saxlanılan əşyalar cərgəsindədir. Muzeyin iki filialı: Niyazi və Vaqif Mustafazadənin ev-muzeyləri, daimi fəaliyyət göstərən xalq çal...ı alətləri sərgisi vardır.
Tar mizrabla çalınan simli musiqi alətidir. Azərbaycan tarı özünəməxsus quruluşa, konstruksiyaya və bədii-texniki imkanlara malikdir. Ümumiyyətlə, tar bir çox ölkələrdə: İranda, Orta Asiyada, Dağıstanda və başqa yerlərdə geniş yayılmışdır.
Milli musiqi ifaçılığında həm solo, həm də müşayiətçi kimi istifadə olunan 11 simdən ibarət olan tar muğam sənətində aparıcı alətdir.
Tar sözünün mənası “sim” deməkdir. Şərqdə bir sıra simli musiqi alətlərinin adında rast gəlinir. Ərəb ölkələrində isə dəf alətini “tar” adlandırırlar.
a) Nə üçün ərəb ölkələrində dəfi “tar” adlandırırlar?
b) Tar neçə simli musiqi alətidir?
c) Tar hansı ölkələrdə tanınır?
d) Muğam ifaçılığında tarın rolu nədən ibarətdir?