Günlərin bir günü cavan (gənc, yeniyetmə) öküz öz yaylağına qayıtmaq istəyir. Ora çatmaq üçün o, qalın (sıx, enli) bir meşədən keçməli olur. Öküz çox dolama, bir neçə dəfə istiqamətini dəyişən bir cığır seçir. Ertəsi gün oradan qaçan it meşəni keçmək üçün öküzün izindən istifadə edir. Ondan sonrakı gün həmin cığırdan qoyun keçir. Cığırın kimsə tərəfindən istifadə olunduğunu görərək o, dalınca (arxasınca, ardınca) gedən sürünü həmin istiqamətdə aparır.
Sonralar insanlar (adamlar, şəxslər) da həmin cığırdan istifadə etməyə başladılar. Onlar yol boyu gedərək saysız döngələr dön məyə, ma neələri (çətinlikləri, dolaşıqlıqları) qət etməyə məcbur olur və haqlı olaraq şikayətlənirdilər. Lakin başqa rahat yol axtarmaq üçün heç bir səy göstərmirdilər. Cığır tez-tez istifadə olunduğu üçün yola döndü. Bu yolu gedərkən hamı əzab-əziyyət çəkirdi. Əgər onlar vaxtilə öküz tərəfindən açılan cığırla deyil, başqa yolla getsə idilər, həmin məsafəni üç saat əvəzinə, 30 dəqiqəyə qət edərdilər.
İllər keçdi... Həmin cığır böyük bir yola çevrildi. Ancaq yenə də hamı onun narahat olmasından şikayətlənirdi.
Bu hadisələrin şahidi olan qoca və müdrik (ağıllı, dərrakəli) meşə isə insanların hərəkətlərini müşahidə edərək gülürdü. Çünki ... .