ERNEST HEMİNQUEY
(1899 – 1961)
• “Yazıçının vəzifəsi dəyişməzdir. O özü
dəyişir, amma onun vəzifəsi olduğu kimi
qalır. Bu da ondan ibarətdir ki, həmişə
həqiqəti yazasan, həqiqətin nədən ibarət
olduğunu başa düşəsən, onu elə ifadə
edəsən ki, bu həqiqət oxucunun şüuruna
onun öz təcrübəsinin bir parçası kimi
daxil olsun”.
Yada salın
- Yenilməz, böyük iradə sahibi olan ədəbi qəhrəmanların iştirak
etdiyi hansı əsərləri xatırlayırsınız?
- Belə ədəbi qəhrəmanlar diqqətinizi hansı cəhətlərinə görə cəlb
edib?
Düşünün
- “İnsanın məğlubiyyəti yalnız müvəqqəti ola bilər” fikrini doğru
saymaq olarmı?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
QOCA VƏ DƏNİZ
(ixtisarla)
••• I •••
O, ikiavarlı balaca qayıqda Qolfstrimdə təkbaşına balıq tuturdu. Düz səksən dörd gün
idi ki, dənizə gedir, hər dəfə də əliboş qayıdırdı. İlk qırx gün ərzində balaca oğlan da
qoca ilə bərabər getmişdi. Sonra oğlanın valideynləri onu başa saldılar ki, qoca balıqçı
uğursuz adamdır. O da ata-anasının təkidi ilə qocadan ayrılıb başqa qayığa getdi, özü də
birinci həftə ərzində üç iri balıq gətirdi. Qoca balıqçının halı oğlanı yaman kədərləndirirdi.
Hər gün əliboş qayıdanda uşağın ona yazığı gəlirdi. O, hər axşam sahilə gedib
qocaya qayıqdan şeylərini – kəndirləri, yelkən dolanmış
- Uşağın qoca balıqçıya
böyük rəğbət
bəsləməsinə səbəb,
sizcə, nədir?
- Bu təsvir yazıçının hansı
niyyətini ifadə edir?
dor ağacını, ya da nizəni daşımağa kömək edirdi.
Yelkən başdan-başa yamaq içində idi. Dor ağacına sarınmış
bu köhnə yelkən dəfələrlə məğlubiyyətlərə düçar
olmuş alay bayrağına oxşayırdı.
Usanmış, yorğun qoca balıqçı çox arıq idi, peysərini
dərin qırışlar örtmüşdü. Qonur rəngə çalan yanaqlarını
ləkələr bürümüşdü. Ləkələr hər iki yanağı boyu sifəti ilə
üzüaşağı, boynuna qədər yayılırdı.