I MÖVZU
“XX əsrin I yarısında ədəbiyyatımızda
vətənpərvərlik və qəhrəmanlıq motivləri”
(ədəbi-bədii kompozisiya)
- “Sovet rejimi şəraitində ədəbiyyatımızda xalqımızın vətənpərvərlik və qəhrəmanlıq
hislərinin bədii ifadəsi” mövzusunda şeir, nəsr, dramaturgiya üzrə məruzələrin
hazırlanması.
- Şeir, nəsr, dramaturgiya üzrə ədəbi-bədii kompozisiya ilə çıxış edəcək kiçik qrupların yaradılması.
- I qrupun üzvləri arasında şeir və mahnıların ifaçılarının müəyyənləşdirilməsi.
- II qrupun üzvləri arasında nəsr əsərlərindən parçaların ifadəli oxusu, kiçik
səhnələşdirmə üzrə ifaçıların müəyyənləşdirilməsi.
- III qrupun üzvləri arasında dram əsərindən bir parçanın səhnələşdirilməsi üzrə
ifaçılarının müəyyənləşdirilməsi.
- Aparıcıların, bədii mətnlərin seçilməsi, proqramın hazırlanması.
- Layihənin qiymətləndirilməsi.
II MÖVZU
“Həyat həqiqətlərinin ədəbiyyatımızda bədii əksi”
(müqayisə xarakterli məruzə müsabiqəsi)
- Müsabiqənin şərtlərinin (məruzənin həcmi, məzmunu, dili, üslubu, təqdim edilmə
tarixi və s.) müəyyənləşdirilməsi və əvvəlcədən elan edilməsi.
- Münsiflərin seçilməsi və kurikulumun standartları üzrə qiymətləndirmə meyarları
barədə təlimatlandırmanın aparılması.
- Müsabiqənin şərtlərinə cavab verən ən yaxşı məruzələrin seçilməsi, ədəbiyyat
kabinetində nümayiş etdirilməsi.
- Seçilmiş məruzələrin müəlliflərin təqdimatında dinlənilməsi.
- Məruzələr üzrə fikir mübadiləsi, münsiflərin və dinləyicilərin rəylərinin
dinlənilməsi.
- Layihənin qiymətləndirilməsi, münsiflərin yekun rəyinin elan edilməsi.
- Qaliblərin rəğbətləndirilməsi.