MİR CƏLAL
(1908 – 1978)
• Mir Cəlal bütün qəlbi ilə xalqa bağlı
yazıçıdır. Оnun əsərlərində xalqımızın
nəcib ruhu duyulmaqdadır... Mir Cəlal,
ilk növbədə, kiçik və çox adi görünən bir
hadisədən böyük ictimai nəticələr
çıxarmağı bacaran sənətkarlardandır.
İlyas Əfəndiyev
Yada salın
- Müharibə mövzusunda yazılmış hansı əsərlərlə tanışsınız?
- Belə əsərlər sizdə hansı hislər oyadır?
Düşünün
- İkinci Dünya müharibəsi illərində yazılmış əsərlərin müasir oxucu
üçün əhəmiyyəti nə ola bilər?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
VƏTƏN YARALARI
(ixtisarla)
••• I •••
Səngərimdən çıxanda üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu,
nə alov, nə də sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim
ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və
kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm.
Döyüş sürəti və hərarətində özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə,
qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə
deyirdi: “Bəsdir! Burax!” Lakin mən bunu eşitmək istəmirəm.
Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm; bacarmıram. İsti mayenin vücuduma
- Döyüşə atılan əsgər hansı
hisləri keçirir?
- “Sanki bir səs mənə deyirdi:
“Bəsdir! Burax!”
Lakin mən bunu eşitmək
istəmirəm” cümlələrində
ifadə olunmuş fikri necə
başa düşdünüz?
- Huşunu itirməkdə olan
əsgərin hiss və
düşüncələri sizdə hansı
təəssürat yaratdı?
axdığını və axdıqca məni xoş və sakit bir
rahatlığa apardığını, olduğum aləmdən ayırdığını hiss
edirəm. Ayrılmaq istəmirəm. Görmək, eşitmək, düşünmək
istəyirəm. Hansı bir qüvvənin əli iləsə gözlərim örtülür,
bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım
tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm
sükuta dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə,
sonra daşa dönür, get-gedə kiçilir, sularda əriyib, yox
olurlar.
Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar:
birisi həsrətlərini, birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini
necə keçirdiyini deyirdi. Mən bu hisləri keçirmədim.
Bunları xəyalıma gətirmədim... Gözümü açanda
özümü isti, təmiz və sakit bir otaqda, rahat yataqda
görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, gənc bir
qızın tərimi sildiyini, su içirmək istədiyini görəndən sonra duydum ki, həyata qayıdıram.