Cənubi Koreyada dünyada ilk dəfə olaraq paytaxt Seulun mərkəzini onun kənar rayonu ilə birləşdirən qeyri-adi elektrik xətti tikilir. Uzunluğu 20 km olan bu elektrik xəttində istifadə olunan metal naqil maye azotun içərisində yerləşdirilən elektrik kabelindən ibarətdir (a). Gözlənilir ki, azot kanallı bu elektrik xətti ilə, eyni en kəsikli adi elektrik xətlərinə nisbətən, istehlakçılara verilən elektrik enerjisi 800 dəfə artırılsın.
• Niyə bu tipli naqildə adi naqillə müqayisədə çox yüksək elektrik enerjisi ötürmək olur?
Araşdırmadan məlum oldu ki, temperaturun dəyişməsi ilə metal naqilin müqaviməti də dəyişir: temperatur artdıqda metal naqilin müqaviməti artır, temperatur azaldıqda isə onun müqaviməti azalır.