3.3
Müəllim sinfə belə bir tapşırıq verdi:
– Sizə yalnız 1m uzunluğunda xətkeş verilmişdir. Kim bu xətkeşdən istifadə etməklə
məktəbin həyətindəki uca çinar ağacına çıxmadan onun hündürlüyünü ölçə bilər?
– Mən, – deyə Aqil cavab verdi və dərhal ağacın hündürlüyünü onun kölgəsinin uzunluğuna
əsasən ölçməyin əlverişli üsulunu izah etdi...
... Həm müəllim, həm də sinif yoldaşları bu izahdan razı qaldılar. Tənəffüsdə şagirdlər
həyətə çıxıb çinarın hündürlüyünü Aqilin təklif etdiyi üsulla təyin etdilər.
Araşdırma
1
İşıq dirəyinin hündürlüyünü təyin edək.
Məsələ. İşıq dirəyinin kölgəsinin uzunluğu 6,5 m, qızın
kölgəsinin
uzunluğu isə 2 m-dir.
Qızın boyunun 1,5 m olduğunu bilərək dirəyin hündürlüyünü
təyin edin.
Nəticəni müzakirə edin:
- Nə üçün cisimlərin kölgəsi yaranır?
- Dirəyin hündürlüyünü üçbucaqların hansı
xassəsinə əsasən təyin etmək olar?
İşığın düzxətli yayılma qanunu əsasında bəzi işıq hadisələrini izah etmək mümkün
olmuşdur. Müəyyən edilmişdir ki, üzərinə işıq şüaları düşən bütün qeyri-şəffaf cisimlər
kölgə yaradır. Əgər bu cisimlər nöqtəvi mənbə tərəfindən işıqlandırılırsa, ekranda onun tam kölgəsi alınır.