Günəşlə Pluton arasındakı məsafə ≈ 5,9 · 10 9km-dir. İşıq Günəşdən Plutona nə
qədər vaxta çatar?
İşıq Yerə ən yaxın olan Sentavr bürcünün A ulduzundan 4,3 ilə çatır. A ulduzuna
qədər olan məsafə nə qədərdir?
Şəkildə işıq sürətinin Ryomer üsulu ilə ölçülmə sxemi təsvir edilmişdir. İo peykinin
Yupiterin kölgəsindən çıxma vaxtının gecikdiyi hala uyğun Yerin olduğu nöqtə hansıdır?
Ulduzları tədqiq edən astronomlar nəyə görə “biz ulduzların keçmişini öyrənirik”
deyirlər?
Günəş şüaları Yerə qədər olan məsafəni 8 dəqiqəyə qət edir. Əgər işıq şüaları ani
yayılsaydı, biz Günəşin çıxmasını 8 dəqiqə əvvəl görə bilərdikmi?
İşığın 1, 2 və 3 nöqtələrində yayılma sürətini müqayisə edin.
A) v3 > v1 > v2
B) v3 > v2 > v1
C) v1 = v3 > v2
D) v1 = v3 < v2
E) v1 = v3 = v2