3.5
Günəşli gündə divara, döşəməyə və
ya tavana güzgü vasitəsilə “işıq
ləkəsi” salmağın mümkün olduğu
hamıya məlumdur.
Rəssamın çəkdiyi əsərə baxdıqda
oradakı təsvir və rənglərə
heyran oluruq.
S.Bəhlulzadə. “Qovunlar” (fraqment)
Araşdırma
1
İşıq güzgüdən necə qayıdır?
Təchizat: düzbucaqlı karton parçası, marker, xətkeş, lazer
fənəri, müstəvi səthli güzgü.
İşin gedişi:
- Kartonun orta hissəsində tərəflərindən birinə perpendikulyar
olmaqla qırıq xətt çəkin.
- Kartonun yan tərəflərini şəkildə göstərildiyi kimi düzgün qatlayıb güzgünün
səthində elə yerləşdirin ki, onun üzərindəki qırıq xətt güzgü səthinə
perpendikulyar istiqamətdə olsun (a).
- Lazer şüasını karton boyunca perpendikulyarın güzgüyə toxunan nöqtəsinə yönəldin.
Şüanın güzgüdən necə qayıtmasına diqqət edin.
- Güzgünün səthinə düşən şüa ilə perpendikulyar arasındakı bucağı (düşmə bucağını)
dəyişməklə güzgüdən qayıdan şüa ilə bu perpendikulyar arasındakı bucağın
(qayıtma bucağının) necə dəyişdiyini izləyin.
Nəticəni müzakirə edin:
- Demək olarmı ki, güzgünün səthinə düşən şüa, qayıdan şüa və şüanın düşmə nöqtəsindən
səthə qaldırılan perpendikulyar bir müstəvi üzərindədir?
- α düşmə bucağı ilə β qayıtma bucağı arasında hansı münasibəti müşahidə etdiniz?
- İşığın müstəvi güzgüdən qayıtma hadisəsi üçün hansı ümumi nəticəyə gəlmək olar?
Biz cismi niyə görürük? Üzərinə düşən şüaları qaytardığına görə biz cismi görürük.
Müxtəlif cisimlərin işığı qaytarması da müxtəlifdir. Müstəvi güzgünün səthinə paralel
düşən işıq şüaları paralel olaraq qayıdır. Göz 1 nöqtəsində olduqda qayıdan şüalar gözə düşür və mənbənin güzgüdəki xəyalı görünür.