Yəqin ki, hər gün evdən çıxarkən güzgünün qarşısında dayanır,
əksinizə baxaraq geyiminizi və saçınızı qaydaya salırsınız.
Araşdırma
1
Cismin xəyalı harada alınır?
Təchizat: şam (2 əd.), ştativə
şaquli bərkidilmiş şüşə lövhə,
kibrit, xətkeş, karandaş, kağız
parçası (A3 formatda).
İşin gedişi:
- Kağız üzərində yerləşdirilən
şüşə lövhənin qarşısına yanan
şam qoyun. Güzgüdə olduğu
kimi, şüşədə də şamın xəyalı
görünür (a).
- Yanmayan şamı xətkeş boyunca o vaxta qədər
sürüşdürün ki, o, lövhədəki
xəyalla üst-üstə düşsün (b).
- Təcrübənin sxemini iş vərəqinə
çəkin, şüşədən yanmayan və
yanan şamlara qədərki məsafələri
ölçüb sxem üzərində
qeyd edin (c).
Nəticəni müzakirə edin:
- Şüşə lövhə arxasındakı
yanmayan şam hansı yerdə
olduqda yanan şam kimi
göründü?
- Şüşə lövhədən yanmayan şama
və yanan şama qədərki
məsafələr arasında hansı
münasibəti müəyyən etdiniz?
- Cismin şüşə lövhədə xəyalının
alınması haqqında
araşdırmadan hansı nəticəyə
gəlmək olar?